“The Walking Dead”in zombisi avtomobilində ölü tapıldı – Qətl, yoxsa intihar? 

“The Walking Dead”in zombisi avtomobilində ölü tapıldı – Qətl, yoxsa intihar? 

Hazırda oxunan: “The Walking Dead”in zombisi avtomobilində ölü tapıldı – Qətl, yoxsa intihar? 

58330

“The Walking Dead” (“Gəzən ölü”) serialında zombi rolu ilə məşhurlaşan amerikalı aktyor və model Moisey Mozli keçən həftə avtomobilinin içində ölü olaraq tapılıb. 

Bizim.Media xəbər verir ki, polis mənbələri onun ölümünün intihar şübhəsi ilə araşdırıldığını açıqlayıb.  

31 yaşlı futbolçunun ABŞ-ın Corciya ştatının Stokbric şəhərində avtomobilində güllə ilə tapıldığı açıqlanıb. 

Mozli post-apokaliptik distopiya dünyasını əks etdirən “The Walking Dead” qorxu serialının bir neçə mövsümündə Mişonun zombilərindən biri kimi şöhrət qazanıb. 

Aktyorun meneceri Tabata Minçev “Fox News”a açıqlamasında "Hamı Moiseyi sevirdi" deyib:

“Heç kimlə mübahisə etməmişdi. O, pərəstişkarlarını ailəsi və dostları qədər sevirdi. Mozli gecənin bir yarısında danışmağa və ya nəyəsə ehtiyac duyduğunuzda zəng edə biləcəyiniz bir insan idi. Dostları, ailəsi və pərəstişkarları onun üçün çox darıxacaqlar”. 

Qeyd edək ki, Mozlinin ailəsi ondan sonuncu dəfə yanvarın 23-də xəbər tutub. Ötən çərşənbə günü itkin düşdüyünü bildirən ailə təhlükəsizlik qüvvələrinin köməyi ilə aktyorun cəsədinin olduğu avtomobili tapıblar. 
Mozli “Aclıq Oyunları: Atəşi tutmaq” və HBO istehsallı “Watchmen” kimi məşhur ekran işlərində də rol almışdı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO