Lotu Qulinin yaxın dostu yoxa çıxıb – HANSI TƏCRİDXANADA olduğu bilinmir

Lotu Qulinin yaxın dostu yoxa çıxıb – HANSI TƏCRİDXANADA olduğu bilinmir

Hazırda oxunan: Lotu Qulinin yaxın dostu yoxa çıxıb – HANSI TƏCRİDXANADA olduğu bilinmir

0:00
0:00
58278

Qazaxıstanda kütləvi iğtişaşların təşkilində şübhəli bilinən Arman Dikiy kimi tanınan kriminal avtoritet Arman Cumageldiyev təcridxanadan yoxa çıxıb. 

Bizim.Media “Sputnik Qazaxıstan” Teleqram kanalına istinadən xəbər verir ki, bu barədə onun vəkilləri bildirib.

“Qurumda bilmirlər ki, müştəriləri hara və nəyə görə köçürülüb”. 

Vəkillər sonuncu dəfə Cumageldiyevlə bir gün əvvəl danışıblar. Onların sözlərinə görə, o, ifadə verməyə hazırlaşırmış.

Hüquq-mühafizə orqanlarının əməkdaşları da təqsirləndirilən şəxslərin itkin düşməsi ilə bağlı heç nə bilmirlər.
Xatırladaq ki, Arman Cumageldiyev Türkiyədə yaşayır. Yanvar iğtişaşları zamanı Qazaxıstana gəlib və dəfələrlə kütlə qarşısında çıxış edib. O, Antalyada qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Lotu Quli ilə yaxın dost olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO