Bakıda avtoxuliqanlıq edən koronavirus xəstəsi saxlanıldı - VİDEO 

Bakıda avtoxuliqanlıq edən koronavirus xəstəsi saxlanıldı - VİDEO 

Hazırda oxunan: Bakıda avtoxuliqanlıq edən koronavirus xəstəsi saxlanıldı - VİDEO 

58268

Bakıda avtoxuliqanlıq edən koronavirus xəstəsi saxlanılıb. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, paytaxt ərazisində cəmiyyətə açıq hörmətsizlik edən 99-RU-039 dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobil Səbail Rayon Polis İdarəsi (RPİ) Dövlət Yol Polisi Şöbəsi tərəfindən müəyyən olunaraq duracağa yerləşdirilib. 

Qeyd edilib ki, avtomobil idarə etmək üçün müvafiq hüququ olmayan sürücü Nihad Hüseynov aktiv koronavirus xəstəsidir. O, aidiyyəti üzrə təhvil verilib. 
Səbail RPİ-də Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi cinayət işi başlanılıb. 

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO