Londonun əhalisi şəhəri tərk edir

Londonun əhalisi şəhəri tərk edir

Hazırda oxunan: Londonun əhalisi şəhəri tərk edir

5823

Londonda yeni tip koronovirusla bağlı karantin qaydalarının sərtləşdirilməsindən sonra əhali kütləvi şəkildə şəhəri tərk etməyə başlayıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, şəhərə giriş-çıxışlarda, həmçinin Londonu ölkənin digər hissələrilə birləşdirən avtomagistrallarda, vağzallarda böyük tıxaclar yaranıb.

“Brexit” partiyasının lideri Naycel Fərəc baş verənləri 80 il əvvəl İkinci Dünya Müharibəsinin əvvəlində yaşananlarla müqayisə edib: “Hökumət 1939-cu ildən bəri ilk dəfə olaraq Londondan kütləvi təxliyəyə nail oldu. Bu münasibətlə baş naziri və nazirlər kabinetinin ekspertlərini təbrik edirəm!”

Qeyd edək ki, dünən baş nazir Boris Conson koronovirusun yeni ştammının yayılması ilə bağlı Londonda və İngiltərənin cənub-şərqində infeksiyanın yayılmasının dördüncü (maksimal) səviyyəsini elan edərək, sərt karantinin tətbiq edildiyini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO