Bu gün Qarabağa daha 306 erməni gətirilib

Bu gün Qarabağa daha 306 erməni gətirilib

Hazırda oxunan: Bu gün Qarabağa daha 306 erməni gətirilib

5819

İrəvandan Xankəndiyə gətirilən erməniləri daşıyan avtobusları rus sülhməramlıları müşayiət edib, onlar axşam saatlarında daha 306 nəfəri Qarabağa gətiriblər.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya MN məlumat yayıb.

Ümumilikdə 14 noyabrdan Qarabağa qaytarılan ermənilərin sayı 42 051-ə çatdırılıb.

Rus sülhməramlıları ermənilərin pulsuz gətirilməsi, yerləşməsi, kommunal problemlərinin həlli, evlərinin təmiri və yaxud modul tipli evlərlə təmin edilməsi, ərzaq və s. məsələlərin hamısını həll etmək üçün çalışırlar.

Amma bütün bunlara baxmayaraq Xankəndi ermənilərinin bir çoxu evlərini satışa çıxarıb.

Yerli ermənilərdən bəzilərinin deməsinə görə, bir çoxları Qarabağa qayıtmaq istəmir. Hakimiyyət onlara təzyiq edir, həbslə hədələyir. Ölkədən çıxmaq isə mümkün deyil, sərhədlərin bağlı olmasına görə hələlik heç bir yerə gedə bilmirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO