Deputatdan ABSURD TƏŞƏBBÜS – Jalə Əhmədovanın könüllü axtarışında məqsədi nədir?

Deputatdan ABSURD TƏŞƏBBÜS – Jalə Əhmədovanın könüllü axtarışında məqsədi nədir?

Hazırda oxunan: Deputatdan ABSURD TƏŞƏBBÜS – Jalə Əhmədovanın könüllü axtarışında məqsədi nədir?

58189

Milli Məclisin deputatı Jalə Əhmədova gənclərə çağırış edərək könüllü axtarışına çıxıb. Xanım deputat gənclərin millət vəkili üçün niyə və hansı formada yararlı olacağını, könüllülük fəaliyyətinin nədən ibarət olduğunu və bu işə say etibarilə neçə nəfərin cəlb olunacağını açıqlamasa da, təşəbbüsün sözdə layihə olduğuna işarə edib.

Halbuki layihə adı altında görülən uzunmüddətli əmək fəaliyyətlərində konkret hədəf, əmək və görülən işin müqabilində gəlir olur.

Bəzi sosioloqların fikrincə, Jalə Əhmədovanın bu təşəbbüslə çıxış etməsi dövlət qurumlarının könüllü layihəsinə də kölgə salmış olur.

Əslində, sosial şəbəkə istifadəçiləri də bu təşəbbüsün arxasında nə gizləndiyi haqqında müzakirələrə başlayıblar və onların qənaətincə bu təşəbbüs heç də doğru məramdan xəbər vermir.

Aydındır ki, könüllü adı altında çalışdırılanlar görəcəyi iş müqabilində qarşılıq almayacaqlar. Hər halda deputat işini hansısa sertifikata görə gənclərə yükləyəcək, “havayı işçi qüvvəsi” müqabilində isə həm fəaliyyətindən, həm də maaşından bəhrələnəcək. 

Məlum çağırış elanı bu məsələdə şəxsi maraqların qabardılması, əvəzində isə gənclər üçün heç bir perspektiv imkanı yaratmadığı anlamına gəlir. Yoxsa, xanım deputat ətrafında “n” qədər maaşa çalışmaq istəyən yaxını və ya tanışı olan gənclərin iş axtarışına biganə qalmazdı. 

Görünür, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvünün “külfət”məsələsində işləri çoxalıb. Yoxsa, təcili könüllü axtarışına niyə çıxsın ki?

Maraqlıdır,  deputatların fəaliyyətinə və iş qabiliyyətinə birbaşa cavabdeh olan Milli Məclisin İntizam Komissiyası  xanım deputatın anormal ictimai çıxışını niyə təftiş etmir? Özü də gənc olan və könüllü gənc axtarışına çıxan, onları öz mənafeyi üçün “qul” kimi çalışdırmaq istəyən Jalə Əhmədovanı cəzalandıracaqmı? Yoxsa yenə də ölkənin ən aparıcı informasiya portallarının fəaliyyətinə kölgə salmaq, onların iş qabiliyyətini axsatmaq və ya nüfuzunu aşağı salmaq üçün parlamentə girişə süni əngəllər yaradacaq?

Bax, bu sulların cavabı oxucular kimi bizə də maraqlıdır...

Xanım deputatın yazıda qeyd olunanlarla bağlı mövqeyini dərc etmək isə informasiya portalı olaraq xüsusi jestimizdir.

Alçina Amilqızı, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO