Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən 2022-ci ilin yanvar ayı әrzindә dövlət sərhədindən buraxılış məntəqələrində şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində etibarlı sərhəd nəzarətinin təşkil edilməsi, qaçaqmalçılıq fəaliyyətləri, qanunsuz miqrasiya ilə mübarizə sahəsində fəaliyyətlər davam etdirilib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı qurumun mətbuat xidməti yayıb.
Mənbə qeyd edir ki, qanunsuz miqrasiya ilə mübarizə fəaliyyətləri çərçivəsində 29 halda 32 nәfәr saxta sәnәdlәrlә dövlәt sәrhәdini keçmәyә cәhd edәrkәn saxlanılıb.
Bunların 25 nəfəri Azərbaycanın, 7 nəfəri isə Türkiyə Respublikasının vətəndaşları olub. Araşdırma zamanı saxtalaşdırılmış sənədlərin əsasən Avropa İttifaqına üzv ölkələrinin şəxsiyyət vəsiqələri, daimi yaşayış kartları olması müəyyən edilib.
Hesabat dövrü әrzindә hüquq-mühafizə qurumlarının axtarışında olan 218 nəfər dövlət sərhədindən buraxılış məntəqələrində saxlanılaraq aidiyyəti orqanlara təhvil veriblər.
Bununla yanaşı, ölkədən çıxışı qadağan olan 265 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 11 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb.
Dövlət sərhədindən buraxılış mәntәqәlәrindә rejim qaydalarının kobud şәkildә pozulması ilə əlaqədar 3 halda 3 nәfәr saxlanılaraq müvafiq qurumlara təhvil veriliblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:11 / 01.02.2022
Saxta sənədlə Azərbaycandan çıxmaq istəyənlər saxlanıldı - FOTO
Hazırda oxunan: Saxta sənədlə Azərbaycandan çıxmaq istəyənlər saxlanıldı - FOTO
Hazırda oxunan: Saxta sənədlə Azərbaycandan çıxmaq istəyənlər saxlanıldı - FOTO
0:00
0:00
58174
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.