Dəm qazından zəhərlənmənin qarşısını almaq üçün YENİ ÜSUL - Cərimələr artırılır 

Dəm qazından zəhərlənmənin qarşısını almaq üçün YENİ ÜSUL - Cərimələr artırılır 

Hazırda oxunan: Dəm qazından zəhərlənmənin qarşısını almaq üçün YENİ ÜSUL - Cərimələr artırılır 

58122

Qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə cərimələr müəyyən edilir. 

Bizim.Media-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. 

Dəyişikliyə əsasən, qeyd olunan pozuntuya görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə ediləcək. 

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO