Ağdamın Xıdırlı kəndinə növbəti KÖÇ - FOTO

Ağdamın Xıdırlı kəndinə növbəti KÖÇ - FOTO

Hazırda oxunan: Ağdamın Xıdırlı kəndinə növbəti KÖÇ - FOTO

581191

Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb, açarlar sakinlərə təqdim edilib.

Bizim.Media xəbər verir ki, bu mərhələdə Xıdırlı kəndinə ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış 15 ailə (57 nəfər) köçürülüb.

Açarların təqdimetmə mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin əraziləri işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərə rəhmət diləyiblər.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO