1600-dən çox taksi sürücüsü imtahan verəcək – BU TARİXDƏ

1600-dən çox taksi sürücüsü imtahan verəcək – BU TARİXDƏ

Hazırda oxunan: 1600-dən çox taksi sürücüsü imtahan verəcək – BU TARİXDƏ

581180

Dövlət İmtahan Mərkəzi (DİM) taksi minik avtomobili sürücüləri üçün noyabrın 20-də növbəti imtahan keçirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

İmtahanda iştirak etmək üçün 1680 nəfər qeydiyyatdan keçib.

İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı ş.,Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə iki növbədə keçiriləcək. İmtahan 1 saat davam edir. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar.

Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO