İşıq dirəklərini oğurlayan şəxs tutuldu 

İşıq dirəklərini oğurlayan şəxs tutuldu 

Hazırda oxunan: İşıq dirəklərini oğurlayan şəxs tutuldu 

58092

Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən istirahət parklarının birindən Kommunal Kombinat Müəssisəsinin balansında olan beş ədəd işıq dirəyinin oğurlanması və müəssisəyə 2880 manat maddi ziyan vurulması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur İbrahimov saxlanılıb.

Faktla bağlı həmin şəxs barəsində Şirvan ŞPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO