Azərbaycanlılara məxsus dünyanın ən böyük VİRTUAL ŞƏHƏRİ - 3 milyon dollar investisiya əldə etdi

Azərbaycanlılara məxsus dünyanın ən böyük VİRTUAL ŞƏHƏRİ - 3 milyon dollar investisiya əldə etdi

Hazırda oxunan: Azərbaycanlılara məxsus dünyanın ən böyük VİRTUAL ŞƏHƏRİ - 3 milyon dollar investisiya əldə etdi

58004

Azərbaycanlı iş adamları tərəfindən yaradılan “Keepface” şirkəti 3 milyon dollar investisiya əldə edib.

Bizim.Media xəbər verir ki, bu barədə şirkətin yaradıcısı Vaqif Abbasov özünü sosial media hesabından məlumat verib.

Belə ki, Vaqif Abbasov ilk öncə şirkətin fəaliyyəti ilə bağlı məlumat verib:

“5 il bundan əvvəl "Influencer Marketing" trendini ön görərək “Keepface” şirkətini qurduq. Hər il böyüməkdə olan Keepface beynəlxalq platformaya çevrilərək hazırda 40 ölkədə fəaliyyət göstərir.

Biz "Influencer Marketing"-i yeni mərhləyə daşımaq üçün metaverse üzərində Metafluence adlı platforma inşa etməyə başlamışıq. Xüsusi ideyaya sahib olan bu platforma qısa vaxt ərzində dünyanın dört bir yanından minlərlər insanın marağına səbəb oldu. Yolun başında hər şey çətin görünsə də, layihəyə inanan partnyorları, investorları görəndə adama ayrı bir enerji, motivasiya gəlir”.

Daha sonra “Keepface”in qurucusu şirkətin investisiya cəlb etdiyi fondların adını açıqlayıb:

“Keepface-in yaradacağı metaverse platforması olan Metafluence, BlueZilla, Sheesha Finance, Master Ventures, DCI Capital, CRT Capital, NFTb, Labs Group, OIG Capital, DigiCorp Labs və s. vençur şirkətlərdən toplam 3 milyon dollar investisiya əldə etdi”.

Sonda isə Vaqif Abbasov bu uğur sayəsində şirkət üçün yeni mərhələnin başlandığını elan edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO