Sabah Çində YENİ İLDİR - İlham Əliyevdən TƏBRİK məktubu

Sabah Çində YENİ İLDİR - İlham Əliyevdən TƏBRİK məktubu

Hazırda oxunan: Sabah Çində YENİ İLDİR - İlham Əliyevdən TƏBRİK məktubu

57988

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Sədr, Sizi və Sizin simanızda dost Çin xalqını Yeni ilin gəlişini simvolizə edən Bahar bayramı münasibətilə öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

Dərin tarixi kökləri olan və xalqınızın zəngin milli-mənəvi irsini özündə bariz şəkildə ifadə edən bu bayramın ölkənizə və xalqınıza əmin-amanlıq, firavanlıq, bol ruzi-bərəkət bəxş etməsini diləyirəm.

Azərbaycan ilə Çin arasında dostluq münasibətlərinin bugünkü səviyyəsi və dinamikası böyük məmnunluq doğurur. Əminəm ki, ölkələrimiz arasında siyasi, iqtisadi-ticari, enerji, sənaye və digər sahələrdə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq birgə səylərimizlə bundan sonra da uğurla inkişaf edəcəkdir.

Fürsətdən istifadə edərək Pekin Qış Olimpiya Oyunlarının keçirilməsində Çin Xalq Respublikasına uğurlar arzulayır, bu beynəlxalq yarışların möhtəşəm idman bayramına çevriləcəyinə inamımı ifadə edirəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər, dost Çin xalqına daim rifah diləyirəm”.
Xatırladaq ki, Çin təqviminə görə sabah – fevralın 1-də ölkədə yeni ildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO