Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin təsis etdiyi müxalif “Vahid Milli Hərəkat” partiyası parlamentdəki çalışmamaü üçün etdikləri boykota son qoyur.
Bizim.Media gürcü mətbuatına istinadən xəbər verir ki, bunu brifinqdə fraksiya sədri Xatiya Dekanoidze deyib.
"Şənbə günü keçirilən iclasda biz qərara gəldik ki, "Vahid Milli Hərəkat - "Birlikdə Güc" fraksiyası parlamentin yaz sessiyasının işində iştirak edəcək və boykotu dayandıracaq".
TASS Dekanoidzenin sözlərindən sitat gətirib.
Xatırladaq ki, Tbilisidə ənənəvi dəyərlərin müdafiəçiləri LGBT icması tərəfdarlarının aksiyasını işıqlandırmaq istəyən media işçilərini döydükdən sonra Vahid Milli Hərəkat partiyası 2021-ci ilin iyulunda boykot elan edib.
Bizim.Media
- A-
- A
- A+
Region
14:02 / 31.01.2022
Saakaşvilinin partiyası boykota son qoydu – PARLAMENTƏ QAYITDILAR
Hazırda oxunan: Saakaşvilinin partiyası boykota son qoydu – PARLAMENTƏ QAYITDILAR
Hazırda oxunan: Saakaşvilinin partiyası boykota son qoydu – PARLAMENTƏ QAYITDILAR
57963
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.