Azərbaycanda bu portal 5 ildə 3 milyard dollarlıq sifariş qəbul edib

Azərbaycanda bu portal 5 ildə 3 milyard dollarlıq sifariş qəbul edib

Hazırda oxunan: Azərbaycanda bu portal 5 ildə 3 milyard dollarlıq sifariş qəbul edib

57934

2021-ci ildə "Azexport" portalına 496,1 milyon ABŞ dolları dəyərində sifariş daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın yanvar sayında bildirilir.

Sənədə əsasən, ötənilki ixrac sifarişlərinin 60,8 milyon dollarlıq hissəsi dekabr ayının payına düşüb.

Ötən ay portala ən çox ixrac sifarişi pambıq yağı, toyuq əti, buğda kəpəyi, alma, şərab, noxud, xurma, pomidor, kartof, qənnadı məhsulu və s. mallara daxil olub.

2017-ci ilin yanvar ayından ötən ilin sonuna qədər 5 il ərzində isə "Azexport" 145 ölkədən 2,7 milyard dollarlıq sifariş daxil olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO