“Digər məkanlarda tüstüdən boğulursan, səni küçədə siqaret çəkdiyinə görə cərimələyirlər” - Razi Nurullayev 

“Digər məkanlarda tüstüdən boğulursan, səni küçədə siqaret çəkdiyinə görə cərimələyirlər” - Razi Nurullayev 

Hazırda oxunan: “Digər məkanlarda tüstüdən boğulursan, səni küçədə siqaret çəkdiyinə görə cərimələyirlər” - Razi Nurullayev 

57930

"Dərin Təhlil" verilişində Əvəz Zeynallı deyib ki, küçədə papiros çəkənləri 200 Azn cərimə edirlər. Əgər belə bir hal olubsa, bu barədə mənə faktlar verilməsini xahiş edirəm”. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Razi Nurullayev “Facebook” hesabında yazıb. 

Deputat oxucularına müraciət edərək, əllərində konkret fakt varsa ona təqdim etmələrini rica edib: 

“Bu məsələ ilə bağlı ciddi müzakirə aparmaq lazımdır. Bilirsiniz niyə? Birinci növbədə, papiros çəkənlərin də hüquqlarına hörmət edirəm və bu qanunvericiliklə müəyyən edilib. Onlar qanunla müəyyən edilmiş yerlərdə papiros çəkə bilərlər. Çəkməsələr daha yaxşı, amma, canı istəyir, buyursun, tüstülətsin.   

Lakin, bağlı yerlərdə papiros çəkmək qadağan olunsa da zərrə qədər əməl olunmur. Necə ola bilər ki, bütün kafe və rerstoranlarda, şadlıq evlərində, məclislərdə, evlərdə, qadağan olunan digər məkanlarda və hətta hamamlarda belə tüstüdən boğulursan, amma səni küçədə papiros çəkdiyinə görə cərimə edirlər? Hamama pak olmağa gedirsən, tüstü bədəninə, paltarına və saçlarına hopur.

Məcbursan ki, evdə yenə duş qəbul edəsən. Mən etirazımı bildirirəm və bəzən qanuna əməl olunmasını tələb edib nail də oluram. Nə olsun ki, yenə də "köhnə hamam, köhnə tas". Bu biabırçılqıdır, qanunu ayaqlar altına salıb tapdalamaqdır”. 

Millət vəkili siqaret qoxusunun vətəndaşların sağlamlığına mənfi təsir etdiyinə də diqqət çəkib. 
 

“Restoranlarda, kafelərdə, şadlıq evlərində tüstüdən göz göynəyir. Mən hər dəfə belə yerlərə gedəndən sonra paltarımı 3-4 gün balkonda asıram ki, havalansın, papirosun iyrənc iyi getsin, ya da "ximçistka"ya verirəm.


Papirosu çəkəndə zövq almaq olar, amma onun hopan iyi dünyada ən pis qoxulardan biridir. 

Niyə vətəndaşların sağlamlığı heçə sayılır? Niyə qanunlara əməl edilmir? Axı Parlament "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunu qəbul edib və Prezident 1 dekabr 2017-ci ildə bu qanunu təsdiqləyib. Amma, qanuna məhəl qoyan yoxdur.  Əgər qanun qəbul edilib həyata keçirilmirsə, bu qanunlar niyə qəbul edilir?”, - deyə Razi Nurullayev bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO