Avtoşluq görüntülərini sosial şəbəkədə paylaşan sürücü tutuldu - VİDEO

Avtoşluq görüntülərini sosial şəbəkədə paylaşan sürücü tutuldu - VİDEO

Hazırda oxunan: Avtoşluq görüntülərini sosial şəbəkədə paylaşan sürücü tutuldu - VİDEO

57810

Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb. 

Bizim.Media-nın yerli bürosu DİN Gəncə Regional Qrupunun baş inspektoru Eşqin Qasımova istinadən məlumat verir ki, Gəncə sakini İlham Nəbiyev şəhərin Hacıkənd qəsəbəsində “VAZ 2107” markalı avtomobillə qarlı havada təhlükəli manevrlər edərək qəza vəziyyəti yaradıb və bu avtoxuliqanlığı videoya çəkərək sosial şəbəkələrdə paylaşıb.

MÖVZU İLƏ BAĞLI:

Salyanda “avtoş”luq edən şəxs saxlanıldı – FOTO 
 


Polis əməkdaşlarının apardıqları əməliyyatlar nəticəsində şəhər sakini İ. Nəbiyev saxlanılıb və onun barəsində protokol tərtib edilərək cərimələnib.

E.Qasımov onu da əlavə edib ki, Gəncə Yol Polis idarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində keçirdiyi reydlər nəticəsində ayrı-ayrı ərazilərdə nəqliyyat vasitələrində konstruksiya dəyişikliyi edən sürücülər saxlanılıb.

Onların avtomobilləri cərimə meydançasına aparılıb, özləri isə inzibati məsuliyyətə cəlb olunublar.

Məqsəd Rəhimov, Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO