Messi Pelenin rekordunu təkrarladı

Messi Pelenin rekordunu təkrarladı

Hazırda oxunan: Messi Pelenin rekordunu təkrarladı

5756

İspaniya La Liqasının “Barselona” – “Valensiya” qarşılaşması rekordla əlamətdar olub.

Bizim.Media bildirir ki, 2:2 hesabı ilə başa çatan qarşılaşmada meydan sahiblərinin ilk qoluna imza atan Lionel Messi komandasının heyətində 643-cü qolunu vurub.

Bununla da argentinalı bir klubda vurulan qol sayında futbol kralı Pelenin rekordunu təkrarlayıb. Braziliyalı doğma “Santos”unun heyətində 643 dəfə fərqlənib.

Qeyd edək ki, 45+5-ci dəqiqədə hesabda tarazlıq yaradan Messinin ikinci hissədə mütləq rekord üçün vaxtı olsa da, bundan yararlanmayıb. (apasport)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO