"Ətrafımdakı hər kəs xəstədir, lakin heç kim boynuna almaq istəmir" - Fərid Pərdəşünas 

Hazırda oxunan: "Ətrafımdakı hər kəs xəstədir, lakin heç kim boynuna almaq istəmir" - Fərid Pərdəşünas 

57532

"Ətrafımda demək olar ki, hamı xəstədir. Heç kəs də boynuna almaq istəmir ki, o xəstədir".  

Bizim.Media xəbər verir ki, bu fikirləri İT eksperti Fərid Pərdəşünas sosial şəbəkə hesabından yazdığı statusda qeyd edib. 

Belə ki, son zamanlar artan yoluxmalarla bağlı cəmiyyətin sərgilədiyi mövqeyə münasibət bildirən ekspert fikirlərini bu cür davam etdirib. 

“Biri deyir soyuq dəymədi, biri deyir axşam qazı açıq qoydum yatanda, ona görə öskürürəm, bəs səhər xaş yedim, ağırlaşdım, xəstəlik deyil. Nəbilim birinin miqreni, digerinin alergiyası var imiş. Heç kim səmimi deyil. Sanki qəbullanmaq istəmirik ki, delta, lambda, mu, nu, omicron daşıyıcılarıyıq. Məncə mübarizə üçün birinci səmimi olmaq lazımdır. Özümüzə və ətrafdakılara qarşı”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO