Elton Məmmədovu məhkəməyə verən Kamal Əliyev: “İddia edir ki, Ramiz Mehdiyevlə birləşib, kimlərəsə zülm etmişəm”

Elton Məmmədovu məhkəməyə verən Kamal Əliyev: “İddia edir ki, Ramiz Mehdiyevlə birləşib, kimlərəsə zülm etmişəm”

Hazırda oxunan: Elton Məmmədovu məhkəməyə verən Kamal Əliyev: “İddia edir ki, Ramiz Mehdiyevlə birləşib, kimlərəsə zülm etmişəm”

57495

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının Hüquq şöbəsinin müdiri Kamal Əliyev AMEA-nın işlər idarəsinin sabiq müdiri, keçmiş deputat Elton Məmmədovu növbəti dəfə məhkəməyə verib. 

Bu barədə Bizim.Media-ya Kamal Əliyevin özü məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Elton Məmmədov Ramiz Mehdiyev haqqında: “AMEA-nı ailə biznesinə çevirib” – EKSKLÜZİV MÜSAHİBƏ


O, Elton Məmmədov tərəfindən cinayətkar adlandırıldığı üçün xüsusi ittiham qaydasında Səbail Rayon Məhkəməsinə müraciət edib:

“Elton Məmmədov böhtana görə cavab verməlidir. Barəmdə olmayan şeyləri deyir, məni şərləyir və cinayətkar adlandırır. Cinayətkar o adamı adlandırarlar ki, hər hansı bir cinayət törədər, məhkum və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı olar. Elton Məmmədovun iddiasına görə guya, mən 2017-ci ilin iyulunda istintaqı başlayan “Tərtər” cinayətlərinə baxıb hökm çıxartmışam. 2017-ci ilin iyul ayında Hərbi Məhkəmədən işdən çıxarılmışamsa, o cinayətlərə nə vaxt baxıb yekun qərar verə bilərəm? Digər tərəfdən açıqlama verib ki, hakim işləyə-işləyə əsgər və zabitləri döymüşəm.
 

Siz nə vaxtsa eşitmisiz ki, hakim barəsində işə baxdığı adamı döysün? Sonra iddia edir ki, Nəcməddin Sadıkov və Ramiz Mehdiyevlə birləşib, kimlərəsə zülm etmişəm. Halbuki Nəcməddin Sadıkova respublikada yeganə ittiham verən mən olmuşam”.


Kamal Əliyevin sözlərinə görə 1994-cü ildə Nəcməddin Sadıkov barəsində həbs-qəti imkan tədbiri qərarını o, verib:

“O vaxt həmin işi məndən aldılar və məsələnin taleyi başqa cür oldu. Nəcməddin Sadıkov cinayət məsuliyyətinə cəlb olunmadı. Müxtəlif təqiblərə məruz qalsam da, sonradan bəlli oldu ki, düzgün qərarlar qəbul etmişəm”. 

Kamal Əliyev Elton Məmmədovun AMEA-nın işlər idarəsi vəzifəsindən çıxarılması məsələsinə də münasibət bildirib:

“Səbail Rayon Məhkəməsi Elton Məmmədovun işə bərpa olunması ilə bağlı qərar verib. Mən həmin qərardan apelyasiya şikayəti vermişəm və fevralın 15-də məhkəmə olacaq. Hesab edirəm ki, Səbail Rayon Məhkəməsi düzgün qərar qəbul etməyib. Ona da ərizəsini yazmağa heç kim məcbur etməyib. Amma hər yerdə yazır ki, guya təqiblərə məruz qalıb. Bu adam deputat olub, məhkəmə zalında tanımadığı adamı təhqir edib, ona şər-bohtan atır.
 

Onu nəyəsə məcbur eləmək olar? Ərizəni demək ki, könüllü yazıb. Sonradan fikrini niyə dəyişib, onu deyə bilmərəm”.


Qeyd edək ki, Kamal Əliyev Elton Məmmədov haqda Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddələri ilə cinayət işinin başlanılmasını istəyib.

Məhkəmənin hazırlıq iclası fevralın 2-nə təyin olunub. Səbail Rayon Məhkəməsində keçiriləcək prosesə hakim Günel Səmədova sədrlik edəcək. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO