Tacikistan-Qırğızıstan sərhədindən SON XƏBƏRLƏR: 1 ölü, 17 yaralı var - VİDEO - YENİLƏNİB

Tacikistan-Qırğızıstan sərhədindən SON XƏBƏRLƏR: 1 ölü, 17 yaralı var - VİDEO - YENİLƏNİB

Hazırda oxunan: Tacikistan-Qırğızıstan sərhədindən SON XƏBƏRLƏR: 1 ölü, 17 yaralı var - VİDEO - YENİLƏNİB

57459

Son məlumata görə, silahlı toqquşmada 17 nəfər yaralanıb. 

Tacikistan tərəfdən yaralananlardan üçü mülki şəxs, səkkizi isə hərbçidir.

Qırğızıstanın Səhiyyə Nazirliyi isə bəyan edib ki, atışmada 6 qırğız hərbçisi xəsarət alıb.

***

Tacikistan-Qırğızıstan sərhədində baş verən atışma nəticəsində bir nəfər ölüb.

Bizim.Media "Sputnik Tacikistan"a istinadən xəbər verir ki, yaralananların sayı 6 nəfərə çatıb. Xəsarət alanların hamısı Tacikistan vətəndaşıdır.

Tacikistan tərəfi elektrik xətlərini və sərhəd zastavalarını minaatanlardan atəşə tutmaqda davam edir. Qırğızıstan tərəfinin atəşkəslə bağlı tələblərinə tacik hərbçiləri məhəl qoymur.

Qırğızıstanın yerli hakimiyyət orqanları Tacikistanla həmsərhəd kəndlərin sakinlərini təxliyə etməkdə davam edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO