Rusiyanın Ufa şəhərində kişi üç yaşlı qızını evin dördüncü mərtəbəsindən atıb.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı Ufa sakini olan Andrey psixi pozuntuya görə psixiatriya müəssisəsində müşahidə altında olub.
O, əvvəlcə mətbəxi və digər otaqları alt-üst edib, əşyalarının yarısını, o cümlədən uşaq paltarlarını və oyuncaqlarını, daha sonra isə üç yaşlı qızını pəncərədən çölə atıb.
Qız sağ qalıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Məlumata görə, uşağın anası Anna Ufadakı kollecdə ingilis dili müəllimi işləyir. Bir gün əvvəl o, planlı müalicə üçün oğlu Yeqorla Kalininqrada sanatoriyaya yola düşüb.
O, altı yaşlı oğlu ilə müalicə alırdı və indi təcili olaraq evə qayıdır.
Üç yaşlı Polina isə atası Andreyin yanında qalıb. Andrey elektrik işləyir və əvvəl zorakılıq tarixçəsi olmayıb. Ekspertiza rəyi hadisə zamanı onun ayıq olduğunu göstərib. Mənzildə hüquq-müfafizə orqanları tərəfindən saxlanılan Andrey törətdiklərini izah edə bilməyib və peşman olmadığını bildirib.
Qızın vəziyyəti ağır olaraq qalır. İşə İstintaq Komitəsi və Prokurorluq nəzarət edir.
Bizim.Media