Kürdəmirdə idarəermədən çıxan avtomobil su kanalına düşüb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.
Belə ki, eyni istiqamətdə hərəkətdə olan “Toyoto” markalı avtomobil əvvəlcə motosikletə çırpılıb, sonra yol kənarındakı su kanalına düşüb.
Qəza zamanı sürücü və qadın sərnişin, eləcə də motosikletin sürücüsü müxtəlif dərəcəli bədən xəsartələri alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda fakt araşdırılır.
Bizim.Media, Aran bürosu