Bu gün Qusar rayonunun Urva kəndində şəhid Cumart Şixrəhim oğlu Əlimuradovun anım mərasimi keçirilib.
Qusar rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, şəhidin məzarı ziyarət olunub, əziz xatirəsi ehtiramla yad edilib.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov şəhidin ailəsi ilə əlaqə saxlayaraq, başsağlığı diləyib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.
Qeyd edək ki, şəhid Cumart Əlimuradov Şixrəhim oğlu 31 may 2001-ci ildə Qusar rayonunun Urva kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olmuş Cumart Əlimuradov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 5-də Suqovuşan döyüşləri zamanı şəhid olub.
O, 8 oktyabr 2020-ci ildə Qusar rayonunun Urva kəndində dəfn olunub. Ölümündən sonra “Laçının azad olunmasına görə” medalı, “Vətən uğrunda” medalı ilə təltif olunub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.