Mətanətin oğlu Ali Məhkəməyə müraciət edəcək: “Heç olmasa, biri mənə verilərdi” - VİDEO

Mətanətin oğlu Ali Məhkəməyə müraciət edəcək: “Heç olmasa, biri mənə verilərdi” - VİDEO

Hazırda oxunan: Mətanətin oğlu Ali Məhkəməyə müraciət edəcək: “Heç olmasa, biri mənə verilərdi” - VİDEO

57408

Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim Həmidovun hər üç övladının ondan alınaraq anaları Cananaya (Aynur Həmidova) verildiyi barədə xəbər vermişdik. Bu qərarla razılaşmayan Kərim Ali Məhkəməyə müraciət edəcək.

Bizim.Media xəbər verir ki, o, bu barədə “Təsir dairəsi” verilişində deyib.

Proqrama telefonla qoşulan K.Həmidov Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı olduğunu bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Mətanət İsgəndərli həyat yoldaşının ikinci arvadından danışdı: “Bir yerdə…” - VİDEO


“Bu, tanışlıq məhkəməsi idi, təxirə salınmalıydı, gözləmirdim. Oğlum Tuncay stress keçirdi ki, biz danışmadıq. Hər zaman övladlarımın arxasındayam. Anaları yanında qalmaq istəyir, lap yaxşı. İndiyə kimi uşaqlara mən baxmışam. İndi elə bir şeyləri ortaya çıxartmaq məcburiyyətində qalmışam.

O, müqəddəs ana rolunu oynayır. Uşaqlarım analarında olsa da onlara baxacağam. Heç olmasa, məhkəmə düşünərdi ki, ataya haqsızlıqdır. Üçü də anaya verildi. Heç olmasa, Tuncay mənə verilərdi, Ruhlan və Mətanət anaya verilərdi.

Ali Məhkəməyə müraciət edəcəyəm. Orada nə qərar verilsə, xeyirlisi olsun. Uşaqlarım böyüyəndə onların yanında başım aşağı olmasın. Deməsinlər, ata kimi arxamıza düşmədin. Sona kimi onların arxasınca gedəcəyəm”.

Kərim ikinci dəfə ailə həyatı qurduğu barədə iddiaları isə rədd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO