Azərbaycan Xarici İşlər Nazirliyi Holokost Qurbanlarının Anım Günü ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, paylaşımda deyilir:
"Bu gün zəmanəmizin ən dəhşətli cinayətlərindən biri olan Holokost Qurbanlarının Anım Günüdür. Bu gün biz nifrət, soyqırım, insanlığa qarşı cinayətlər, irqçilik və ksenofobiyanı xatırlayırıq və onlara qarşı birlikdəyik".
MÖVZU İLƏ BAĞLI:
HOLOKOST - “Xəzər Xaqanlığının yəhudilərə sevgisini unutmamışıq” - Mixail Finkel
Qeyd edək ki, Holokost İkinci Dünya müharibəsi dövründə Avropa yəhudilərinə qarşı yönəlmiş soyqırımıdır. 1941-ci ildən 1945-ci ilədək nasist Almaniyası işğal olunan ərazilərdə sistematik olaraq 6 milyona yaxın yəhudini qətlə yetirib.
Bizim.Media
Today marks #holocaustmemorialday - one of the most heinous crimes of our time. On this Day, we remember and stand together against hatred, #genocide, crimes against humanity, #racism, and #xenophobia.#NeverForget #HMD2022 pic.twitter.com/G0yhvscYGI
— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) January 27, 2022