Sabah hava şəraiti bəzi insanlarda narahatlıq yaradacaq - XƏBƏRDARLIQ

Sabah hava şəraiti bəzi insanlarda narahatlıq yaradacaq - XƏBƏRDARLIQ

Hazırda oxunan: Sabah hava şəraiti bəzi insanlarda narahatlıq yaradacaq - XƏBƏRDARLIQ

5713

Dekabrın 20-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq, yarımadanın bəzi yerlərində intensiv olacaq.

Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah cənub-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 8-10, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 80-90 faiz olacaq.

Sabah Azərbaycanı rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq.

Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5 dərəcə isti, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza

Dekabrın 20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO