Komando hərbi hissəsindəki təlim-məşqlərin görüntüləri – FOTO/VİDEO

Komando hərbi hissəsindəki təlim-məşqlərin görüntüləri – FOTO/VİDEO

Hazırda oxunan: Komando hərbi hissəsindəki təlim-məşqlərin görüntüləri – FOTO/VİDEO

57080

Döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində təlim-məşqləri keçirilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Komandolar maneələr zolağından keçid açma, eləcə də sərt iqlim şəraitində, kəskin relyefli ərazilərdə müxtəlif yerdəyişmə üsullarını məşq ediblər.

Təlimdə yaşayış məntəqələrində müqavimət göstərən şərti düşmən qüvvələrinin zərərsizləşdirilməsi üzrə taktiki fəaliyyətlər icra olunub.

Komandolar qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Qeyd edək ki, keçirilən təlim-məşqlərinin əsas məqsədi Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO