Xəbər verildiyi kimi orta məktəblərin birində qeyri-etik hərəkətlər edən şagirdlərin videosu yayılıb.
Videogörüntünü təhsil eksperti Kamran Əsədov özünün “facebook” hesabında paylaşıb.
Görüntülərdə bir şagirdin partanın üstünə ayağını qoyduğu, digərlərinin isə müəllimin başına portret vurmaq istədiyi görünür. Müəllimin isə əyləşdiyi yerdə baş verənlərə heç bir reaksiya vermədiyi əks olunur.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan məktəbində BİABIRÇILIQ: Şagirdlər sinif otağında elə hərəkətlər etdilər ki... - VİDEO
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib ki, görüntülərin Azərbaycan məktəblərindən hansısa birində çəkilməsi məsələsi təsdiqini tapmayıb: “Amma Təhsil Nazirliyi tərəfindən məsələ ilə bağlı araşdırma aparılır”.
Alçina Amilqızı, Bizim.Media