AQTA bir neçə restoranı cərimələdi - SİYAHI

AQTA bir neçə restoranı cərimələdi - SİYAHI

Hazırda oxunan: AQTA bir neçə restoranı cərimələdi - SİYAHI

56967

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində 2022-ci il yanvarın 23-də ölkə üzrə 422 ictimai iaşə obyektində 747 monitorinq keçirib.

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, ev 709K ünvanında yerləşən, hüquqi şəxs “Arzu-A” MMC-yə məxsus restoran;

2. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, S. S. Axundov küç., ev 13D ünvanında yerləşən, fiziki şəxs Tahirov Mehdi Məmməd oğluna məxsus kafe;

3. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küç., ev 15A ünvanında yerləşən, hüquqi şəxs “Köşebaşı” MMC-yə məxsus “Köşebaşı” restoranı;

4. Bakı şəhəri, Nərimanov rayonu, F. Xoyski pr., ev 830-835 ünvanında yerləşən, hüquqi şəxs “Emsa Food” MMC-yə məxsus “Dine Hall Burger” restoranı;

5. Bakı şəhəri, Nizami rayonu, R. Rüstəmov küçəsi 36 ünvanında yerləşən, fiziki şəxs Baxşəliyev Zakir Kamil oğluna məxsus kafe;

6. Bakı şəhəri, Səbail rayonu, Xəqani küç., ev 42 ünvanında yerləşən, fiziki şəxs Səttarov Aslan Aslan oğluna məxsus çay evi;

7. Şirvan şəhəri, N. Nərimanov küçəsində yerləşən, fiziki şəxs Həziyev Sərhəd Ədinə oğluna məxsus restoran.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO