Baş Prokurorluq keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun barəsində olan hökmdən apellyasiya protesti verib.
Bizim.Media xəbər verir ki, bununla bağlı dövlət ittihamçısı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Belə ki, Baş Prokurorluq birinci instansiya məhkəməsinin V.Mahmudovun əmlakları ilə bağlı çıxardığı hökmdən narazı qalıb.
Məlumata görə, apellyasiya protestinin verilmə müddəti başa çatıb. Prokurorluq isə müddətin bərpası üçün Bakı Hərbi Məhkəməsinə müraciət edib. Məhkəmə müraciəti təmin edib.
Bakı Apellyasiya Məhkəməsində keçiriləcək apellyasiya protesti üzrə məhkəmə iclası fevralın 3-nə təyin edilib. Apellyasiya protesti hakim Elmar Rəhimovun icraatına verilib.
Qeyd edək ki, keçmiş milli təhlükəsizlik naziri E.Mahmudovun əmisi oğlu V.Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib. V.Mahmudov istintaq dövründə cəza müddətini çəkdiyi üçün məhkəmə zalından azadlığa buraxılıb.
Hökmdə həmçinin qeyd edilib ki, V.Mahmudova məxsus əmlaklar müsadirə olunub. Məhkəmə hökmündən narazı qalan sabiq MTN əməkdaşı apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə isə V.Mahmudovun əmlaklara münasibətdə şikayətini qismən təmin edib (report).
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:13 / 24.01.2022
Baş Prokurorluqdan Eldar Mahmudovun əmisi oğlu ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Baş Prokurorluqdan Eldar Mahmudovun əmisi oğlu ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Baş Prokurorluqdan Eldar Mahmudovun əmisi oğlu ilə bağlı AÇIQLAMA
56920
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.