Xalq artisti Nağılbazla bağlı sirri açdı: \

Xalq artisti Nağılbazla bağlı sirri açdı: \"Soyuq, qaranlıq, uçuq bir məkan...\"

Hazırda oxunan: Xalq artisti Nağılbazla bağlı sirri açdı: \"Soyuq, qaranlıq, uçuq bir məkan...\"

56700

"Bizim qismətimizə ən çətin vaxtlar düşdü. İndi klip çəkmək asandır, bunun üçün bütün imkanlar mövcuddur. Anar Nağılbazın “Gecələr” mahnısını Kənan M.M təkbaşına çəkmişdi. Hətta Kənan kadrda özü mənimlə üz-üzə dayananda kamera arxasında mərhum Anar dayanırdı".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə yazıb.

Xalq artisti sözügedən klipin Anarla Kənanın sənətdə ilk addımları olduğunu deyib:

“Onların demək olar ki, ilk addımları idi, mən də dəstək olmağa çalışırdım. Soyuq, qaranlıq, uçuq bir məkan... Yalnız həyat yoldaşım Ədalət bəy, Kənan, Anar və mən var idik. Nə bir operator, işıqçı, assistent, prodüser, səs operatoru, köməkçi - heç kim yox idi… Yalnız gözəl musiqi var idi".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO