Prezident: “Ermənistana girmək barədə heç bir planımız olmayıb və yoxdur”

Prezident: “Ermənistana girmək barədə heç bir planımız olmayıb və yoxdur”

Hazırda oxunan: Prezident: “Ermənistana girmək barədə heç bir planımız olmayıb və yoxdur”

5670

"Azərbaycan Ordusu tərəfindən məhv edilmiş hərbi texnika barədə informasiya əlçatandır. Kimlərə maraqlıdırsa, bunu açıq mənbələrdən əldə edə bilərlər. Hərbi xarakterli provokasiyaya gəldikdə, bu il ərzində, ilk növbədə, iyul ayında Dağlıq Qarabağda münaqişə zonasında deyil, dövlət sərhədində törədilmiş təxribatdır”.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı danışıb.

Dövlətimizin başçısı Ermənistan qoşunlarını Tovuz rayonunda Azərbaycan Ordusunun mövqelərinə hücumunu xatırladaraq deyib: “Bu, tamamilə əsassız təxribat idi. Ermənistan rəhbərliyinin yeni ərazilər ələ keçirilməsinə dair qondarma hərbi konsepsiyası çərçivəsində bizim postları və yeni əraziləri tutmaq cəhdi idi".

"Biz dinc əhali və hərbi qulluqçular arasında itkiyə məruz qaldıq. Biz Ermənistan qoşunlarının layiqli cavabını verdik, onları ilkin mövqelərinə qaytardıq. Erməni tərəfin bu insidenti əsaslandırması sadəcə gülünc idi".

"Bəlkə çoxları unudub, sadəcə xatırladıram ki, guya Azərbaycanın üç hərbi qulluqçusu “UAZ” avtomobilində ermənilərin postlarına hücum edib. Ümumiyyətlə, hərbi quruculuqla bağlı məsələlərdən uzaq olan insanlara da aydındır ki, müharibəni bu şəkildə - “UAZ” avtomobilində başlamırlar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO