Həzi Aslanovun anım mərasimi keçirilib - FOTO

Həzi Aslanovun anım mərasimi keçirilib - FOTO

Hazırda oxunan: Həzi Aslanovun anım mərasimi keçirilib - FOTO

56696

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov Azərbaycan xalqının dünya hərb tarixinə bəxş etdiyi görkəmli sərkərdələrdəndir.

Sovet ordusunda, o cümlədən Böyük Vətən müharibəsində Qələbənin qazanılmasında mühüm yeri olan Həzi Aslanovun xidmətləri bu gün də dünyanın hərbi mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilir.

Cinahlardan zərbələr ustası kimi tanınan qəhrəman həmyerlimiz haqqında marşallar, generallar, zabitlər, həmçinin onun komandirlik etdiyi hərbi hissələrin sıravi döyüşçüləri belə həmişə fəxrlə söhbət açıb, onu yüksək əxlaqi və iradi keyfiyyətlərə malik şəxsiyyət, sərkərdə, əfsanəvi qəhrəman, hər şeydən öncə içdiyi hərbi anda, Vətəninə, xalqına sadiq insan və qətiyyətli general kimi xarakterizə ediblər.

Bizim.Media xəbər verir ki, bu fikirlər görkəmli hərbi xadim, general Həzi Aslanovun anadan olmasının 112-ci ildönümü münasibətilə keçirilən mərasimdə səsləndirilib.

Müdafiə Nazirliyinin rəsmiləri, Bakı Qarnizonunun hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin zabit və kursantları, veteran tankçılar və Vətən müharibəsinin iştirakçıları olan tankçılar unudulmaz sərkərdənin məzar-abidəsi önünə Müdafiə Nazirliyi adından əklil qoyublar, xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Mərasimdə çıxış edənlər Həzi Aslanovun döyüş yolu, hərb tarixindəki yerindən danışıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO