Evin zirzəmisində çətənə yetişdirən şəxs saxlanıldı - FOTO

Evin zirzəmisində çətənə yetişdirən şəxs saxlanıldı - FOTO

Hazırda oxunan: Evin zirzəmisində çətənə yetişdirən şəxs saxlanıldı - FOTO

56668

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı evin zirzəmisində çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, əvvəllər məhkum olunmuş Bığır kənd sakini Azad Cəlilov saxlanılıb və şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkarlanıb.

Azad Cəlilovun yaşadığı ünvana baxış keçirilən zaman isə oradan ümumi çəkisi 300 qrama yaxın qurudulmuş marixuana, eləcə də evin zirzəmisindən aqrotexniki qulluq göstərilmiş 16 ədəd çətənə bitkisi və 63 ədəd həmin narkotik tərkibli bitkinin şitilləri aşkar edilərək götürülüb.

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya göndərilib və faktla bağlı Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO