Ötən il azərbaycanlılar ən çox bu ölkələrə gediblər - SİYAHI

Ötən il azərbaycanlılar ən çox bu ölkələrə gediblər - SİYAHI

Hazırda oxunan: Ötən il azərbaycanlılar ən çox bu ölkələrə gediblər - SİYAHI

56666

2021-ci ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il 974,5 min nəfər xaricə səfər edib. Bu, 2020-ci illə müqayisədə 16,3 faiz azdır.

Əsasən qonşu İrana (80,6 faiz) və Gürcüstana (75,3 faiz) gedənlərinsayında azalma qeydə alınıb. 

Türkiyəyə gedənlərin sayı isə 2,4 dəfə, Rusiyaya gedənlərin sayı isə 7,8 faiz artıb.

Ölkə vətəndaşlarının 47,3 faizi Türkiyəyə, 24,3 faizi Rusiyaya, 7,8 faizi Gürcüstana, 6,8 faizi İrana, 13,8 faizi digər ölkələrə gediblər. Onların 66,3 faizini kişilər, 33,7 faizini qadınlar təşkil edib.

Xaricə səfər vətəndaşların 68,8 faizi hava, 28,0 faizi dəmir yolu və avtomobil, 3,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO