Superliqa klubunun Emreli üçün təklifi

Superliqa klubunun Emreli üçün təklifi "Legiya"nı qane etmədi

Hazırda oxunan: Superliqa klubunun Emreli üçün təklifi "Legiya"nı qane etmədi

56604

Türkiyənin "Sivasspor" klubunun Polşa "Legiya"sında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli üçün təklif etdiyi məbləğ bəlli olub.

Bizim.Media "WP SportoweFakty" nəşrinə istinadən xəbər verir ki, Superliqa təmsilçisi 24 yaşlı hücumçu üçün 400 min avro ödəməyə hazırdır.

Bu məbləğ isə Varşava klubunu qane etməyib. Son ölkə çempionu Emrelini ən azı 1 milyon avrodan çox məbləğə satmağı hədəfləyir.

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. O, bu addımı "Legiya"lı azarkeşlərin hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO