Qohumbazlıq, sülalə şirkəti - AZTV sədrinə qarşı kampaniyanın arxasında kimlər durur?

Qohumbazlıq, sülalə şirkəti - AZTV sədrinə qarşı kampaniyanın arxasında kimlər durur?

Hazırda oxunan: Qohumbazlıq, sülalə şirkəti - AZTV sədrinə qarşı kampaniyanın arxasında kimlər durur?

5649

Son zamanlar AzTV-yə və konkret olaraq sədr Rövşən Məmmədova qarşı qarayaxma kampaniyalarına yenidən start verilib. Xüsusən internet mediasında yer alan əsassız, qeyri-obyektiv və peşəkarlıqdan uzaq yazıları yenicag.az, yenilik.az, konkret.az, aztimes.az kimi saytlar daha çox tirajlayır. Əlbəttə, biz başa düşürük ki, neqativ xəbərlər, xüsusilə maraq doğurur və ilk baxışdan “bu tip saytlar oxucu auditoriyası uğrunda mübazirə aparır” təəssüratı yaradır”.

Bizim.Media xəbər verir ki, bu barədə AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib.

Məlumatda qeyd olunur ki, AzTV-yə “həsr olunan” yazıların əksəriyyətində qurumun mövqeyi öyrənilmir.

AZTV-nin açıqlamasında sədr Rövşən Məmmədovun öz qohumlarını işə götürməsi və dövlət televiziyasını sülalə şirkətinə çevirməsi ilə bağlı yazılanlara da aydınlıq gətirilib:

“Qohum deyilən şəxslər, əslində, R.Məmmədovun tanıdığı, bir zamanlar bir yerdə çalışdığı adamlar, yaxud dostlarıdır. Qohumluq əlaqələrini müəyyən etmək çox asandır”-deyə əlavə edilib.

Bildirlib ki,Rövşən Məmmədov haqqında yazılanlar  sifariş xarakterlidir:

"Yazıların sifarişli və təmənna müqabilində yazıldığı ilk cümlədən də bilinir. Görünür, ölkə mediasında hələ də maşa funksiyasını yerinə yetirən və kimlərinsə əlində alətə çevrilmiş saytlar, yaxud sayt rəhbərləri var”,- deyə vurğulanır.

Qurum AzTV ilə bağlı hər hansı yazını hazırlamaq istəyənlərə Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinə müraciət olunmasını tövsiyə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO