“Meyvəli” bazarı bayram günləri də işləyəcək

“Meyvəli” bazarı bayram günləri də işləyəcək

Hazırda oxunan: “Meyvəli” bazarı bayram günləri də işləyəcək

5648

“Meyvəli” bazarı bayram günləri də  satış həyata keçirəcək. Lakin sıxlığın yaranmaması üçün  müəyyən məhdudiyyətlər olacaq.

Bunu Bizim.Media-ya açıqlamasında Meyvəli bazarın əməkdaşı Zakir Əmirov bildirib.

- Bizdə açıq hava şəraiti olmasına baxmayaraq, bazara daxil olan hər bir  vətəndaşdan  sərt karantin rejiminin tələblərinə əməl etməyi rica edirik.

Bazarlığa gələrkən mütləq sosial məsafə saxlayıb, tibbi maskalardan istifadə etsinlər. Bu qaydalara əsasən açıq havada, bayram günlərində ölkə ərazisində topdansatışımızı həyata keçirəcəyik. Topdansatışda əsasən böyük marketlər bizdən tədarük edirlər.

Müəssisənin təmsilçisi onu da qeyd etdi ki, ayrı-ayrı şəxslərin də bazardan alver etməsi qadağan deyil. Əsas məsələ karantin qaydalarına ciddi əməl etməkdir.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO