Qaxda cüyür ovlayan şəxs saxlanıldı - FOTO

Qaxda cüyür ovlayan şəxs saxlanıldı - FOTO

Hazırda oxunan: Qaxda cüyür ovlayan şəxs saxlanıldı - FOTO

56456

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qanunsuz ov edən şəxs saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun İlisu kəndi ərazisində xidmət aparan polis əməkdaşları meşə istiqamətindən gələn “Niva” markalı avtomobili nəzarət qaydasında saxlayıblar.

Yevlax rayon sakini Seymur Abdullayevin idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilərkən qanunla ovlanması qadağan edilən bir baş cüyür heyvanının kəlləsi və ayaqları, ov əti, eləcə də “İJ” markalı tüfəng aşkar edilib.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO