"Netflix" abunəçilərinin sayında AZALMA – Səhmləri kəskin ucuzlaşdı

Hazırda oxunan: "Netflix" abunəçilərinin sayında AZALMA – Səhmləri kəskin ucuzlaşdı

56417

2021-ci ilin dördüncü rübündə "Netflix" striminq xidmətinə ödənişli abunə olanların sayı şirkətin proqnozlarından az olub.

Bizim.Media-nın şirkətin maliyyə hesabatına istinadən verdiyi məlumata görə, üçüncü rübdən sonra şirkət 2021-ci ilin sonuna kimi ödənişli "Netflix" abunəçilərinin sayının 222,06 milyon nəfər olacağını proqnozlaşdırmışdı. Hesabata əsasən, dördüncü rübdə ödənişli abunəçilərin sayı 221,84 milyon olub. 

Rüblük hesabatın dərci fonunda Nyu-York Fond Birjasında "Netflix" səhmlərinin dəyəri 20 faiz ucuzlaşıb.

Qeyd edək ki, şirkətin hesabat dövründə gəliri 7,7 milyard dolları, mənfəəti isə 607 milyon dolları ötüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO