“Xüsusi nümayəndələrin ilk görüşündə münasibətlərin normallaşması prosesinin məqsədləri və tərəflərin ondan gözləntiləri müzakirə olunub”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkə mətbuatına müsahibəsində deyib.
MÖVZU İLƏ BAĞLI:
Mövlud Çavuşoğlundan 20 Yanvar PAYLAŞIMI – FOTO
Türkiyəli nazir qeyd edib ki, növbəti görüşdə xüsusi nümayəndələr İstanbul və İrəvan arasında hava hərəkətinin bərpasından sonra növbəti addımlarla bağlı məsələləri müzakirə edəcəklər.
“Məqsədimiz münasibətlərin tam normallaşmasıdır. Ermənilər də buna sevinirlər. Prosesdə müntəzəm uçuşların başlanması və xüsusi nümayəndələrin təyin edilməsi istisna olmaqla, hələ də hansı addımların atıla biləcəyi ilə bağlı suallar müzakirə olunacaq”, - Çavuşoğlu bildirib.
Bizim.Media