Tanınmış prodüser vəfat etdi - FOTO

Tanınmış prodüser vəfat etdi - FOTO

Hazırda oxunan: Tanınmış prodüser vəfat etdi - FOTO

56319

Prodüser, kino təşkilatçısı Aydın Abdullayev vəfat edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı rejissor Rəşid Ağamalıyev yayıb.

Qeyd edək ki, Aydın Abdullayev 1951-ci ildə Bakıda anadan olub. 1972-1977-ci illərdə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb.

1975-ci ildən kino kino sahəsində film inzibatçısı, animasiya sexinin inzibatçısı, sex rəisi, kino salnaməsi sexinin rəisi vəzifələrində çalışıb.

1993-1994-cü illərdə "Azərbaycanfilm" kinostudiyasında direktor müavini, direktor əvəzi, 1994-2000-ci illərdə "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən, əsasən animasiya filmləri istehsal edən "Azanfilm" kinostudiyasının direktoru olub (Apa). 

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO