Şəhidlər Xiyabanında bir gənc İlham və Fərizəni sevginin VƏTƏN düsturu adlandırdı - VİDEO

Şəhidlər Xiyabanında bir gənc İlham və Fərizəni sevginin VƏTƏN düsturu adlandırdı - VİDEO

Hazırda oxunan: Şəhidlər Xiyabanında bir gənc İlham və Fərizəni sevginin VƏTƏN düsturu adlandırdı - VİDEO

56311

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanına ümumxalq ziyarəti davam edir. Ziyarətin davamında şanlı tariximizin uyuduğu məkana üz tutanlar arasında gənclərin izdihamı xüsusilə seçilir.

Bakı Dövlət Universitetinin Psixologiya fakültəsinin I kurs tələbəsi Südabə Salmanzadə 20 yanvar günündə əfsanəyə çevrilmiş cütlük - İlham və Fərizə ilə bağlı kreativ fikirlərlə çıxış edib.

Tarixi faciəni qəhrəmanlıq və məhəbbət simvolu adlandıran tələbə həmin hadisəni vətənpərvərlik ruhunu özündə daşıyan hər kəs üçün nümunə hesab edir.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentlə xanımı Şəhidlər xiyabanını ziyarət etdi - FOTO-VİDEO/YENİLƏNİB


“20 yanvarla bağlı hər birimizin təssuratları birdir və hamının həyatında eyni mənanı kəsb edir. 20 Yanvar faciəsi Azərbaycan tarixində elə bir səhifə açdı ki, o dəhşətli gündə yaşanan hər bir şey qeyd olunub. Hər birimiz hər şey üçün şəhidlərimizə borcluyuq.

Bu faciədə İlham və Fərizənin sevgi üzərində qurulmuş həyat hekayəsini xüsusi nümunə olaraq göstərməliyik. Çünki sevgi vətənlə başlayır, vətənlə də bitir. Bunun başqa düsturu yoxdur”.

Alçina Amilqızı, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO