Ermənistan ikinci Qarabağ müharibəsindəki itkilərinin sayını AÇIQLADI

Ermənistan ikinci Qarabağ müharibəsindəki itkilərinin sayını AÇIQLADI

Hazırda oxunan: Ermənistan ikinci Qarabağ müharibəsindəki itkilərinin sayını AÇIQLADI

56267

Ermənistanın İstintaq Komitəsi ikinci Qarabağ müharibəsi zamanı ölən və itkin düşənlərin sayı ilə bağlı yenilənmiş məlumatları təqdim edib.

Məlumata görə, işğalçı ölkənin ikinci Qarabağ müharibəsindəki insan itkisinin sayı 3 809 nəfərdir.

Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, İstintaq Komitəsi müharibə vaxtı 200-ə yaxın hərbçinin itkin düşdüyünü qeyd edib.

Qeyd edək ki, Ermənistan Azərbaycan ərazilərində müharibə vaxtı itkin düşmüş hərbçilərinin axtarışlarını davam etdirir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qalıqları tapılan itkin düşmüş erməni hərbçilərin sayı 1 706 nəfərə çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO