Şamaxıya istirahətə gələn şəxsdən külli miqdarda “patı” götürüldü - FOTO

Şamaxıya istirahətə gələn şəxsdən külli miqdarda “patı” götürüldü - FOTO

Hazırda oxunan: Şamaxıya istirahətə gələn şəxsdən külli miqdarda “patı” götürüldü - FOTO

56263

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı xarici ölkə vətəndaşından onlayn yolla narkotik vasitə alan şəxs tutularaq məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Ağdam rayonunda qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan, əvvəllər də məhkum olunmuş Sərdar Əsgərov saxlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Narkotik satan şəxsin evində axtarışda olan qadın aşkarlandı - FOTO


Şəxsi axtarış zamanı ondan satış məqsədilə üzərində daşıdığı 700 qrama yaxın narkotik vasitə olan heroin və külli miqdarda psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində onları sosial şəbəkədə tanış olduğu xarici ölkə vətəndaşından onlayn yolla aldığını, Şamaxıya isə gəzmək məqsədilə gəldiyini bildirib.

Faktla bağlı polis şöbəsində cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO