Fransa parlamentinin üzvü və qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd Jan-Lük Melenşon hesab edir ki, Fransa hərbi məsələlərdə müstəqilliyini bərpa etmək üçün NATO-dan çıxmalıdır.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Le Monde” qəzeti yayıb.
“Biz NATO-dan çıxmalıyıq. Mən, ilk növbədə, hərbi suverenliyimizi bərpa etmək istəyirəm. Nüvə silahına sahib olan Fransa silah istehsalı məsələlərində ABŞ-dan asılı olmamalıdır”, deyə o, qeyd edib.
Namizədin sözlərinə görə, anti-Rusiya siyasəti Fransanın maraqlarına cavab vermir və belə kurs təhlükəli və absurddur.
“Niyə biz Ukraynanın sərhədlərini qorumalıyıq? İstəyirəm ki, Fransa alyanslardan azad olsun və qloballaşmanın alternativ yollarını dəstəkləsin”.
Bizim.Media