Fərid Şəfiyev: “Rusiyanı Cənubi Qafqazdan çıxarmaq mümkün deyil”

Fərid Şəfiyev: “Rusiyanı Cənubi Qafqazdan çıxarmaq mümkün deyil”

Hazırda oxunan: Fərid Şəfiyev: “Rusiyanı Cənubi Qafqazdan çıxarmaq mümkün deyil”

55943

“Rusiya bölgədə oyunçu olub, oyunçudur və oyunçu kimi qalacaq. Rusiyanı Cənubi Qafqaz bölgəsindən çıxarmaq mümkün deyil”.

Bizim.Media xəbər verir ki, bunu Tbilisidə Rondeli Fondunun keçirdiyi konfransda çıxış edən Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənilər Azərbaycanda yaşayırlarsa, azərbaycanlılar da Ermənistanda yaşaya biləcəklər” - Fərid Şəfiyev


O bildirib ki, Qərbin bölgəyə çox fəal cəlb olunmadığı görünür:

“ABŞ bölgədən demək olar tam çıxıb. Barak Obama administrasiyasından tutmuş indiki ABŞ rəhbərliyinə qədər Vaşinqtonun bölgə ilə bağlı aydın siyasəti yoxdur. Hazırda Avropa İttifaqı aydın mövqe sərgiləyir. Hesab edirik ki, Aİ-nin bölgəyə yardım paketi daha balanslı olmalıdır”.

Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətinə toxunan BMTM rəhbəri qeyd edib ki, onların Azərbaycan ərazisində qalması müddəti Bakı-İrəvan münasibətlərindəki tərəqqidən də asılı olacaq:

“Biz inanırıq ki, sülh yolunda irəliləmək hər iki tərəfin marağındandır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO