Ali Məhkəmənin hakimi koronavirusa yoluxdu

Ali Məhkəmənin hakimi koronavirusa yoluxdu

Hazırda oxunan: Ali Məhkəmənin hakimi koronavirusa yoluxdu

5576

Ali Məhkəmənin hakimi İnqilab Nəsirov yeni növ koronavirus infeksiyasına yoluxub.

Bizim.Media xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa özünün sosial şəbəkə hesabında yazıb.

“Qrup yoldaşımız və dostumuz, Ali Məhkəmənin hakimi İnqilab Nəsirov iki həftədir ki, xəstəxanada koronavirus yoluxmasından müalicə alır və sağlıq durumu çox ağırdır. Dualarımız onunladır və ümid edirik ki, Allahın mərhəməti üzərində olacaqdır”, F. Mustafa bildirib.

Qeyd edək ki, İnqilab Nəsirov 2011-ci ilin yanvar ayının 1-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO