Mahirin atasından Qurban Qurbanova ETİRAZ – “Başı nə qədər qarışıqdır ki?”

Mahirin atasından Qurban Qurbanova ETİRAZ – “Başı nə qədər qarışıqdır ki?”

Hazırda oxunan: Mahirin atasından Qurban Qurbanova ETİRAZ – “Başı nə qədər qarışıqdır ki?”

55747

Azərbaycan millisinin və “Legiya”nın futbolçusu Mahir Emrelinin atası, tanınmış prodüser Anar Mədətov “Futbol+”a müsahibəsində qalmaqallı açıqlamalar verib. 

Bizim.Media xəbər verir ki, o, müsahibəsində oğlunun son zamanlar şou verilişlərində qonaq olmasından, “Legiya” ilə yaşadığı problemlərindən, 6 ay futboldan uzaq qalmaq ehtimallarına münasibət bildirib:

“Mən oğlumun yerində olsaydım, özümü sübut etməyə çalışardım. İndi Mahirdən çoxları xaricdə ölkəmizi layiqincə təmsil etməyi tələb edir.

Qorxub qaçmaq lazım deyil. Fikrimcə, Mahir nədənsə qorxub, qaça bilməz. Sadəcə, onu kimsə yönəldir. Amma başa düşmür ki, bu, düz deyil. Sadəcə, deyirəm ki, Polşaya gedib, özünü sübut etməlidir. Təmiz azərbaycanlısansa, damarlarında bizim xalqın qanı axırsa, özünü sübut etməlisən. Çünki biz elə millətik ki, dünyanın harasına getsək də, sübut edəcəyik ki, azərbaycanlıyıq. Mahirlə danışmamışam. Yalandan niyə deyim? Həmişə biz öz böyüklərimizlə əlaqə saxlamışıq. Amma bilmirəm, onunla kim maraqlanır, nə edir? Mən nə istəyərəm? Mahir uğur qazansın. Yaxşı futbolçu olsun.
 

Bizim aramız yaxşı olanda mən Mahiri elə reklam etmirdim. Heç məsləhət də görmürdüm. İndi son vaxtlar görürsüz də nələr baş verir. Yemək proqramına gedir, lazımsız maqazin verilişlərində qonaq olur. 


Vaxtilə Mahir qollar vuranda mən bu verilişləri aparanlardan xahiş etmişəm ki, dəstək olsunlar. Bu insanlara qolun videosunu göndərirdim ki, zəhmət olmasa, paylaşın. Amma heç kim dəstək olmurdu. İndi populyar olandan sonra qonaq çağırırlar. Elə fəxrlə adını çəkirlər. Həmin adamlar indi verlişlərə çağırırlar. Bilirsiz, niyə? Çünki Mahir reytinq gətirir. Onlar oğlumu yox, öz verilişlərini düşünürlər. İndi Mahir 6 ay futbolsuz qalacaq, ya qalmayacaq - heç kimin vecinə deyil”.

Mədətov “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “mən “Legiya” ilə bağlı məsələdə məsləhət verib, Mahirin fikrini qarışdırmaq istəmirəm” açıqlamasında isə belə fikir bildirib:

“Məşqçinin başı nə qədər qarışıqdır ki, vaxtilə ən sevimli futbolçusu olan Mahirə məsləhət verə bilmir? İndi Mahirə, əsasən “Bakı”dakı məşqçiləri dəstək olur. Türkiyədən Yüksəl hoca zəng vurmuşdu, soruşurlar, maraqlanırlar. İndi nə oldu ki, məsləhət verə bilmirlər? İdmanda elə murdar adamlar var ki, heç şou-biznes aləmində belə insanlar yoxdur”.

Qeyd edək ki, Mahir atası ilə anasının qalmaqallı ayrılığından sonra atasının ad və soyadından imtina edib. O, yeni şəxsiyyət vəsiqəsində ata adı olan hissəyə babasının adını yazdırıb, soyadını isə Emreli olaraq dəyişdirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO